Millimizin üzvü Çexiyada iki qol vurdu, komandası darmadağına sevindi

16:01 - 9 Aprel 2018

"Slaviya"nın U-21 komandasının üzvü Rövlan Muradov Çexiya çempionatında növbəti dəfə fərqlənib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü gənclər liqasının 23-cü turunun "Bohemians 1905"la görüşündə dubl edib. 

 

Muradov 22-ci və 40-cı dəqiqələrdə komandasının 2-ci və 4-cü qollarına imza atıb. Oyun isə "Slaviya"nın 5:2 qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, "Slaviya" bu nəticədən sonra 33 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti