Millimizin üzvü "Ayaks" qarşı oynadı, komandası darmadağın oldu

13:53 - 10 Aprel 2018

Hollandiya I Divizionunda 35-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Ziya Əzizovun formasını geyindiyi “Den Boş” doğma meydanda “Ayaks”ın gənclərdən ibarət komandası ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 2:5.

 

Əzizov matçın 73-cü dəqiqəsində meydana buraxılıb.

 

"Den Boş" hazırda 44 xalla 20 klub arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti