Elvin oynadı, "Qarabağ" qalib gəldi

16:16 - 11 Aprel 2018

Avstriyanın Şərq Regional Liqasında 20-ci turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı  doğma meydanda “ASK-BSC Bruck/Leitha” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:1.

 

Emillə Dmitri bu görüşün iştirakçısı olmayıb. Elvin isə start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Qarabağ” hazırda 34 xalla 17 komanda arasında 7-ci pillədə qərarlaşıb. 

Xəbər xətti