Məşqçilərimizin UEFA seminarından VİDEO

16:30 - 12 Aprel 2018

Xəbər verdiyimiz kimi, aprelin 3-dən 6-dək İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçirilib. 

 

Sportal.az xəbər verir ki, seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edib. AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq etdiyi nümayəndə heyətinə PRO kurslarında təhsil alan Samir Abasov, Mick Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Mahmud Qurbanov, Elçin Rəhmanov və Rəşad Sadıqov daxil olunmuşdu. 

 

UEFA-nın seminardan hazırladığı videoçarxı diqqətinizə çatdırırıq:

 

Xəbər xətti