Samir Abasov od püskürdü: “Hakimlərə yuxarıdan tapşırıq verilmişdi” MÜSAHİBƏ

18:12 - 12 Aprel 2018

“Sumqayıt” Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Keşlə”nin qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən Samir Abasov fikirlərini bildirib:

 

- Kubok oyunudu, iki oyundan ibarətdi. Uzun müddətdi uduzmurduq, havalarda idik. Bu gün futbol oynamadıq, biabırçılıq idi. Cavab görüşündə belə oynasaq, “Keşlə” mərhələ adlayacaq. Yaxşı ki, bizi göydən yerə salan komanda tapıldı. Şanslarımız olmadı, bəlkə də bu, əsas oyunçularımızın oynamamağı ilə bağlı idi. İndi deməyim düzgün çıxmaz, amma Avropa Liqasına haqq edən komanda getməlidi.

 

- Tribunaya göndərildikdən sonra oyunu hardan izlədiniz?

-Oyunu kənardan izləyirdim. Biz bilirdik ki, “Keşlə”nin oyunçuları sarı limitindədi. Yəqin, bunu hakimlərə də tapşırmışdılar. Biz qırmızı yox, sarı vərəqə istədik. Hakimə dedim ki, niyə vermirsiz? Buna görə tribunaya göndərməzlər. Göndərməyin səbəbini tapşırıqda görürəm. Ya məni göndərməli idilər, ya da Seymuru.

 

- Sizcə, bu tapşırığı kim verib?

- Yəqin, komitədən belə deyiblər. Amma biz lazım olan vaxtı etirazımızı bildirməliyik. Qərar tam haqsız idi. Mən iddia edirəm ki, “Keşlə”nin 3 futbolçusu sarı vərəqə almalı idi. Gələn dəfədən başqa dildə danışacağam.  

 

- Fərhad Vəliyevə nə vaxta qədər şans verəcəksiniz?

- Yəqin ki, mövsümün sonuna qədər.

 

- Qeyd etdiniz ki, futbolçuların adı başqa klublarla hallanır. Onlarla hansısa fərdi söhbət etmisiniz?

- Saytlar hər bir futbolçumuzu klublara calayıblar. Bəlkə, futbolçuların heç xəbəri yoxdu. Futbolçularla bu haqda tək-tək danışmasam da, ümumi söhbətimiz olub. İnşallah, xeyrimizə olacaq.

Xəbər xətti