Məmmədov Ayxan Abbasova dəstək oldu: "Yıxılanı "baltalamaq" "sevgimizdən" əl çəkək!"

12:07 - 17 Aprel 2018

Azərbaycan milli komandasının sabiq futbolçusu, karyerasının ən yaxşı dönəmlərini “Xəzər Lənkəran”da keçirmiş Füzuli Məmmədov "Zirə"nin baş məşqçisi Ayxan Abbasova dəstək olub.

 

Sportal.az xəbər verir ki, "Səbail"in U-17 komandasının baş məşqçisi olan gənc mütəxəssis həmkarına qarşı haqsızlıq edilməsiylə bağlı sosial şəbəkə hesabında fikirlərini yazıb:

 

"Son günlər "Zirə" komandasının baş məşqçisi Ayxan Abbasova qarşı səslənən fikirləri təəssüflə oxuyuram. Yerə vurduğunuz Ayxan Abbasov "Zirə"ni avroliqaya çıxarıb, bu gün onu istefaya səsləyən azarkeşlərə bəlkə də komandaları ilə birgə yaşayacağı ən böyük sevinci bəxş etdi. Bu gün istefaya səslədiyiniz Ayxan Abbasov qurduğu komanda ilə Avroliqada layiqli oyunlar göstərdi. Bu gün haqsızlıq etdiyiniz Ayxan Abbasov "Zirə" ilə qış fasiləsinə qədər bütün rəqiblərə başağrısı olub. Hal-hazırda da Ayxan Abbasovun komandası çempionatın iddialıları arasındadır. Özümüzə, öz dəyərlərimizə hörmətlə yanaşaq, onları qoruyub, dəstək olaq. Yıxılanı "baltalamaq" "sevgimizdən" əl çəkək!"

Xəbər xətti