2018-ci ildə dünya çempionatına gedəcək komandaları tanıyaq: Nigeriya

00:33 - 20 Aprel 2018

İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.

 

Turnirdə çıxış edəcək Nigeriya millisiylə sizi qısa şəkildə tanış edirik:

 

Image result for nigeria world cup 2018

 

Afrikanın ən diqqət çəkən komandalarından olan Nigeriya 2018-ci il dünya kubokunda D qrupunda Argentina, Xorvatiya və İslandiya ilə qarşılaşacaq.

 

Related image

 

Nigeriyanın mundialdakı təqvimi:

 

16 iyun. 23:00. Kalininqrad. Xorvatiya – Nigeriya

22 iyun. 19:00. Volqoqrad. Nigeriya – İslandiya

26 iyun. 22:00. Sankt-Peterburq. Nigeriya – Argentina

 

Baş məşqçi: Qernot Rohr

 

Image result for gernot rohr

 

2016-cı ilin avqust ayında vəzifəyə gələn mütəxəssis Nigeriya yığmasını 11 oyuna çıxarıb. Rohrun başçılığı ilə Nigeriya 7 qalibiyyət, 2 bərabərlik əldə edib və 2 dəfə də məğlub olmuşdur.

 

Ulduz oyunçusu: Viktor Mozes

 

Image result for victor moses nigeria

 

İngiltərə Premyer Liqasında "Çelsi" forması geyninən Viktor Mozes bu turnirdə də oyunu ilə Nigeriyanın ən vacib silahı olacaq.

 

Nigeriya neçə dəfə dünya kubokunda iştirak edib?

 

Nigeriya tarixində 5 mundialda iştirak etmək haqqı qazanıb: 1994; 1998; 2002; 2010; 2014.

 

Related image

 

Nigeriyanın dünya çempionatlarında ən böyük uğuru nədir?

 

Nigeriya iştirak etdiyi 5 mundialda 3 dəfə 1/8 finala yüksəlib.

 

Image result for nigeria 2014 world cup

 

Nigeriyanın son 16 komanda arasına düşdüyü illər: 1994; 1998; 2014.

 

Nigeriyanın dünya çempionatlarında ən çox qol vuran oyunçusu kimdir?

 

Related image

 

Nigeriyanın dünya çempionatında ən çox qol vuran oyunçusu Daniel Amokaçidir. Amokaçi forma geyindiyi 1994-cü il mundialında 2 qol vurub.

Xəbər xətti