20 qat ölkə çempionu avrokuboklardan uzaqlaşdırıldı

10:58 - 25 Aprel 2018

UEFA Yunanıstanın “Panatinaikos” klubunu cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, klub 3 il müddətinə avrokuboklardan kənarlaşdırılıb. Buna Yunanıstan təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. "Yaşıl yoncalar" üstəlik, 100 min avro da cərimələnib.

 

Qeyd edək ki, 20 qat Yunanıstan çempionu olan “Panatinaikos” hazırda Super Liqanın turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.

Xəbər xətti