"Kəpəz" sabah Gəncəyə gedir

17:36 - 25 Aprel 2018

Topaz Premyer Liqasının XXV turunda “Qəbələ”nin qonağı olacaq “Kəpəz” bu gündən qarşıdakı oyunun hazırlığına başlayıb.

 

Sportal.az xəbər verir ki, “Səbail”ə qarşı son çempionat matçından sonra bərpaedici prosedurdan (sauna, baseyn, masaj) keçən komanda üzvləri bir gün istirahət edib.

 

“Sarı-göylər”in bu günkü məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olub. Sabah Gəncəyə gələcək “Kəpəz” əsas hazırlığı doğma şəhərdə keçirəcək.

Xəbər xətti