Millimizin sabiq hücumçusu yeni klubunda debütünü qolla qeyd etdi

13:13 - 27 Aprel 2018

Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov Latviyada özünə yeni klub tapıb.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı forvard I Liqada mübarizə aparan “Dauqavpils/Proqress” komandasında çıxış edəcək.

 

Latviyada yeni mövsümə start verilib və ilk turun oyunları keçirilib. “Dauqavpils” doğma meydanda “Supernova” ilə qarşılaşıb və 3:0 hesabıyla qalib gəlib.

 

Vüqar start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 63-cü dəqiqədə məhz Əsgərov vurub.

 

Xatırladaq ki, Vüqar Əsgərov ötən mövsümü “Olayne”də keçirib. Hücumçu mövsümü 21 qolla başa vurmuşdu.

Xəbər xətti