Rasim Ramaldanov: "Yeni müqavilə ilə bağlı danışmamışıq" MÜSAHİBƏ

23:18 - 5 May 2018

"Qəbələ" Topaz Premyer Liqasının 26-cı turunda doğma meydanda "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "qırmızı-qaralar"ın müdafiəçisi Rasim Ramaldanov jurnalistlərin suallarını cavablandıırıb:

 

- Öz meydanımızda oynayırdıq. Buna görə də qələbə qazanmaq istəyirdik. Bilirdik ki, ağır oyun olacaq. "Keşlə"nin yaxşı kollektivi var. Qol vəziyyətlərimiz oldu, amma hamısından istifadə edə bilmədik. 

 

- Eyni rəqiblə kubokun finalında da qarşılaşacaqsız. Bu gün tam gücünüzlə oynadız?

- Bəli. Bacardığımızı oynadıq. Bu bizim oyunumuzdu. Çalışacağıq ki, bundan da yaxşı oynayaq. Finala kimi hələ vaxt var. Yaxşı hazırlaşa biləcəyik. Çalışacağıq finalda da öz oyunumuzu oynayaq. Komandamızı təbrik edirəm. Gözəl oyun nümayiş etdirdik. 

 

- Künc zərbələrində mərkəz müdafiəçiləri irəli getmirdi. Bu baş məşqçinin tapşırığı idi?

- Bunlar hamısı baş məşqçinin tapşırıqlarıdı. Necə deyirlərsə, biz meydanda onu yerinə yetiririk.

 

- "Keşlə" son vaxtlar yüksəlişdədi. Finalda sizin üçün çətin olmayacaq?

- Finala kimi gəliblərsə, deməli zəif komanda deyillər. Kim güclüdüsə, o da qalib gələcək. Asan oyun olmayacaq.

 

- Mövsümün sonunda müqavilən bitir. Yeni müqavilə təklif olunub?

- Hələ o barədə heç nə danışmamışıq. Mövsüm başa çatdıqdan sonra söhbət edəcəyik.

 

- "Qəbələ"də qalmaq istəyirsən?

- "Qəbələ" Azərbaycanın ən yaxşı klublarından biridi. Necə olacağını bilmirəm.

Xəbər xətti