Tərlan Əhmədli: "Hər kəs "bataqlıq"dan komandası ilə birlikdə üzüağ cıxmaq istəyir" MÜSAHİBƏ

15:19 - 6 May 2018

I Divizionda çempionluğu rəsmiləşdirən "Xəzər"in qolkiperi Tərlan Əhmədli Sportal.az saytına müsahibə verib. Gənc əlcək sahibi öncə çempionluq sevincindən danışıb:

 

- "Xəzər"ə ilk gəldiyim günlərdən çempionluğu qarşıma məqsəd qoymuşdum. Şükürlər olsun ki, komanda yoldaşlarımın əzmi və gücü sayəsində biz buna nail olduq. Sevindirici haldır ki, çempion olduq, biz bunu bacardıq. Təbii ki, hazırda hisslərimi sözlərlə ifadə etmək çətindir. Sadəcə, bu sevinci yaşamaq lazımdır.

 

Image may contain: 1 person, standing and outdoor

 

- Qış fasiləsinə son pillələrdə yollansanız da, mövsümü çempion tamamladız. Belə bir uğura inanırdın?

- Təbii ki, qış fasiləsinə gedərkən qarşımıza məqsəd qoymuşduq. Məşqçilərimizin göstərişlərinə komanda olaraq əməl edib, I Divizionda qalib gəlməli idik. Çünki bu qədər inam və əzmkarlığın qarşılığı olaraq çempion olmalı idik. 

 

- Bir müddət Prmeyer Liqada oynamısan. I Divizionda oynamaq sənin üçün necə təcrübə oldu?

- I Dİvizionda güclü klublarla mübarizə aparırdıq. Yeni yaranmış komanda olmağımıza baxmayaraq, məncə, pis nəticələr göstərmirdik. "Xəzər" yeni yaransa da, Premyer Liqaya layiq komandadır. İnanırıq ki, elitaya yüksəlmək şansımız olacaq.

 

 

- I Diviziona gedən Premyer Liqa təcrübəsi olan futbolçular oranı "bataqlıq" adlandırır. Yəqin ki, sənin fikrin də aşağı liqadan çıxmaq olar...

- Mənim üçün I Divizionda "Xəzər" kimi yeni yaranmış komandada oynamaq təcrübə və uğur qazanmaq şansı idi. Hər kəs "bataqlıq"dan komandası ilə birlikdə üzüağ cıxmaq istəyir. İnanıram ki, əl-ələ verib bu "bataqlıq"dan komanda olaraq bərabər çıxacağıq.

 

 

- Ölkəmizin üzdə olan qapıçılarından biri sənsən və U-21 millimizin üzvü olmusan. Gələcək planların necədir?

- Düzü, 2 Premyer Liqa klubundan təklif almışdım. Lakin oynamaq istədiyim üçün "Xəzər"i seçdim. Düzgün qərar verdiyimi düşünürəm. İnşallah, növbəti mövsüm "Xəzər"lə Premyer Liqada olaram.

Xəbər xətti