Millimiz Uelsə 3 cavabsız qolla qalib gəldi

16:34 - 8 May 2018

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirdə ikinci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 3:0 hesablı qələbə qazanıb. Komandamızın qollarını Tural Bayramov, Emil Qasımov və Elnur İbrahimov vurub.

 

Qeyd edək ki, Azərbaycan yığma komandası qrupda son oyununu mayın 10-da Slovakiyaya qarşı keçirəcək.  

 

Xəbər xətti