ÇSKA-nın hücumçusu İstanbul klublarının hədəfində

19:16 - 9 May 2018

Moskva ÇSKA-sının futbolçusu Ahmed Musa keryerasını Türkiyə Superliqasında davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, “Qalatasaray”, “Beşiktaş” və “Fənərbağça” 25 yaşlı forvardın xidmətində maraqlıdır.

 

“Qalatasaray” hələ qışda Musanı heyətinə cəlb etmək istəyirdi. Həmin vaxt İstanbul klubu afrikalı forvard üçün ildə 3,5 milyon avro əmək haqqı təklif etsə də, transfer baş tutmamışdı.

 

Mövsümün ikinci yarısında çıxış etdiyi Rusiya çempionatında Musa 9 görüşdə 5 qol vurub. O, müqavilə ilə "Lester"ə məxsusdu.

Xəbər xətti