Dadaşovsuz “Dinamo” darmadağına üzüldü

10:13 - 10 May 2018

Almaniyanın Şimal-Şərq Regional Liqasında 30-cu turdan təxirə salınmış oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) səfərdə “Berliner AK 07” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

 

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət bu oyunun da iştirakçısı olmayıb. O, zədə səbəbindən mayın sonuna kimi yaşıl meydanlardan kənar qalacaq.

 

Bu məğlubiyyətdən sonra iki pillə geriləyən "Dinamo" hazırda 54 xalla 18 iştirakçı arasında 4-cü yerdə qərarlaşıb.

Xəbər xətti