Rusiya kubokunun qalibi Avropa Liqasına buraxılmayacaq

18:26 - 10 May 2018

Dünən Rusiya kubokunun qalibi müəyyənləşib. "Tosno" finalda "Avanqard"ı 2-1 hesabıyla məğlubiyyətə uğradıb.

 

Sportal.az xəbər verir ki, Volqoqradda keçirilən oyunda qazanılan komanda üçün tarixində ilk uğur olub. Buna baxmayaraq, "Tosno" Avropa liqasında iştirak edə bilməyəcək. Buna səbəb isə klubun vaxtında lisenziya ala bilməməsidi.

 

Belə olan halda ölkəni Avroliqada çempionatı 6-cı bitirən komanda təmsil edəcək. Hazırda buna ən yaxın "Ufa"dı.

Xəbər xətti