AFFA İcraiyyə Komitəsinin iclası keçirilir

10:10 - 11 May 2018

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilir.

 

Sportal.az xəbər verir ki, assosiasiyanın inzibati binasında keçiriləcək tədbir saat 10:00-da start götürəcək.

 

İclasda əvvəlcə Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflər müzakirə ediəcək.

 

Sonra Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limitə yenidən baxılacaq.

 

Bundan başqa, lisenziyalaşdırma prosesi və digər məsələlər də gündəlikdədir.

Xəbər xətti