17 illik yolun sonu çatdı: məşqçilik etməyəcəyini açıqladı

16:16 - 13 May 2018

Joze Mourinyonun "Mançester Yunayted"də məşqçilər heyətində yer alan Rui Foria mövsüm başa çatan kimi komandadan ayrılacağını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 2002-ci ildən Mourinyonun "sağ əli" olan mütəxəssis məşqçilik etməyəcəyini bildirib. Faria açıqlamasına ailəsi ilə birgə vaxt keçirmək istədiyini söyləyib:

 

"Hər şeyi düşündüm və getməyə qərar verdim. Fantastik və unudulmaz 17 il keçirdim. Ancaq indi ailəmə vaxt ayırmaq istəyirəm".

 

42 yaşlı portuqaliyalı mütəxəssis "Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted" klublarında Joze Mourinyonun köməkçisi olub.

Xəbər xətti