"Fənərbaxça"dan ayrılacaq futbolçular müəyyənləşdi

17:52 - 13 May 2018

Yeni mövsümdə Türkiyənin "Fənərbaxça" klubunda ciddi dəyişikliklər olacaq.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda qapıçısı Volkan Dəmirəllə iki illik müqavilə imzalayacaq. Lakin bir çox futbolçuya qapı göstəriləcək. Qapıçı Karlos Kameni, Matye Valbuena, Maurisio İsla, Luiş Netu, Vinsent Yanssenlə yollar ayrılacaq. Keçmiş komandası Stiven Cerrardın baş məşqçisi olduğu "Reyncers"dən təklif alan Martin Şkrtel də İstanbul klubundan gedəcək. Yerli futbolçulardan Ozan Tufan klubdan ayrılacaq.

 

"Zenit"dən icarəyə götürülən Julianonun birdəfəlik transferi üçün qarşı tərəfə müraciət olunacaq.

Xəbər xətti