Reynaldo Qazaxıstanda dubl etdi VİDEO

17:20 - 14 May 2018

Qazaxıstan Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silvanın formasını geyindiyi “Aktobe” "Akjayık”ı evdə 5:3 hesabı ilə məğlub edib. Braziliyalı futbolçu komandasının 3-cü və 4-cü qolunu vurub.

 

Qeyd edək ki, "Aktobe” 7 xalla 12 komanda arasında 11-ci yerdədir.

 

Xatırladaq ki, Reynaldo 2013-2017-ci illərdə “Qarabağ”da çıxış edib.

 

Xəbər xətti