İnyesta üçün xüsusi forma hazırlandı FOTO

18:46 - 15 May 2018

"Barselona" mövsümün sonunda komandadan gedəcək Andres İnyestanın son oyunu üçün xüsusi forma hazırlayıb.

 

Sportal.az xəbər verir ki, formanın arxasındakı 8 rəqəmi sonsuzluq işarəsi formasında göstərilib.

 

Qeyd edək ki, "Barselona" La Liqanın son turunda "Real Sosyedad"ı qəbul edəcək. Görüş mayın 20-də, Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.

 

Xəbər xətti