"Beşiktaş" legioneri ilə yolları ayırır

12:20 - 17 May 2018

Növbəti mövsümün planlarını cızmağa başlayan “Beşiktaş” transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu kanadalı futbolçusu Atiba Hatçinsonla başa çatacaq müqaviləni uzatmayacaq. Tərəflər arasında yeni sözləşmə üçün anlaşma əldə edilməyib.

 

Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi 2013-cü ildə PSV-dən "Beşiktaş"a keçmişdi.

Xəbər xətti