"Səbail"i tərk edəcək daha bir futbolçu məlum oldu

13:51 - 17 May 2018

Mövsümün sonunda "Səbail"dən ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib.

 

Sportal.az-ın məlumatına görə, "aslanlar" Belçikanın "Standart" klubundan icarəyə götürdüyü Faruk Miyanın transferi üçün qarşı tərəfə müraciət etməyəcək. 20 yaşlı forvard Lyej təmsilçisinə geri dönəcək.

 

Qış fasiləsində paytaxt klubuna keçən uqandalı futbolçu 12 oyuna 2 qol vurub.

 

Əlavə edək ki, "Səbail"in "Jilina"dan icarəyə götürdüyü Yevgeni Koçuk da komandadan ayrılacaq.

Xəbər xətti