Cerrard sabiq "Qəbələ"lini komandasında görmək istəmir

16:42 - 18 May 2018

Mövsümün ilk yarısını icarə əsasında "Qəbələ"də oynayan Endi Hallideylə bağlı "Reyncers" qərar verib.

 

Sportal.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Stiven Cerrard nüfuzu hesabına daha güclü futbolçuları Qlazqo təmsilçisinə gətirməyi planlaşdırır. Bu səbəbdən də mütəxəssis Hallideydən imtina edib. 26 yaşlı futbolçunun 2 illik müqaviləsi olmasına baxmayaraq, özünə klub tapması tapşırılıb.

 

Qeyd edək ki, Hallidey "Qəbələ"də 8 oyun keçirmişdi.

Xəbər xətti