Sizin əbədi Canluici Buffon!

“Yuventus”un canlı əfsanəsi Canluici Buffon bu gün Turin klubunda son oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, kapitanı “Verona” ilə oyun öncəsi şəxsi instaqram hesabında azarkeşlərlə vidalaşıb:

 

“Altı min yüz on bir gün. Altı min yüz on bir məqam, təmiz bir sevinc, göz yaşı, məğlubiyyət və qələbə. Sağ olun. Hər kəs sağ olsun. Sizin hər biriniz “ağ-qara” formadakı hər anımı xüsusi etməyə çalışdız. Mən onu geyindim, sevdim və hörmət etdim.

 

Sabahdan bu yol bitir. Bir yerdə yazdığımız kitab bağlanır. Məni emosiyalar ağuşuna alıb. Yeni yolun başlanması qaçılmazdı. Yeni kitabın yazılması lazımdı. Bu, mütləq baş verməlidi.

 

“Yuventus” həmişə istənilən futbolçudan böyük olacaq. “Yuventus” mənim ailəmdi. Onu həmişə sevəcəm. O, mənim ona verdiyimdən qat-qat artığını mənə verib.

 

Mən stadiona velospiedlə gəlmişdim. Onda elə gənc idim ki... Sabah elə getmək istəyirəm ki, hər anı hiss etmək, ayrılığın gətirdiyi kədər, alıqşların verdiyi sevinc hisisni duymaq istəyirəm.

 

İstəyirəm biləm ki, “ailəm” dediyim yerdən o qədər də uzaqda olmayacam. Həmişəlik. Sizin əbədi Canluici Buffon!”

Tarix: 19 May [18:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2018
23  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio