Millimizin üzvü mövsümün son matçında 90 dəqiqə oynadı

14:45 - 20 May 2018

Ukrayna çempionatında mövsümə yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" 32-ci tur çərçivəsində doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Pavel 18-ci dəqiqədə sarı vərəqə də alıb.

 

"Aleksandriya" mövsümü 45 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə başa vurub.

Xəbər xətti