"Borussiya"dan ilk transfer

18:23 - 20 May 2018

Almaniya Bundesliqasında başa çatan mövsümü 4-cü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanan Dortmund "Borussiya"sı transferlərə sürətli başlayıb.

 

Sportal.az xəbər verir ki, Dortmund klubu "Auqsburq"la müqaviləsi başa çatan Marvin Hitsi rənglərinə bağlayıb. 30 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb. 

 

İsveçrəli qapıçı 2013-cü ildən "Auqsburq"da çıxış edirdi. Hits bu mövsüm 33 oyun keçirib və qapısından 44 top buraxıb. O, 9 oyunda qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti