Ayxan Abbasov: "Onların təhqirinə dözə bilmirdim, getmək istəyirdim"

20:19 - 20 May 2018

“Sumqayıt”ı təbrik edirəm. Çempionatımıza rəng qatmışdılar, həvəsdən düşməsinlər. Çətin oyun oldu. Bırabərlik də bizi qane edirdi. Avropa Liqasına gedə də bilərik, getməyə də”.

 

Sportal.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının sonuncu – 28-ci turunda "Sumqayıt" üzərində 2:1 hesablı qələbəni şərh edərkən söyləyib. 37 yaşlı mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

 

- Samir Abbasov "Sumqayıt" baş məşqçisi postundan istefa verdi. Onun yerində olsaydınız, sizin qərarınız da bu cür olardı?

- Samirin əziyyəti, uğurları da göz önündədi. Təəssüf ki, media, azarkeşlər tələsik qərar verirlər. Özüm "Neftçi” ilə oyundan sonra getmək istəyirdim. Azarkeşlərin təhqirinə dözə bilmirdim. Lakin rəhbərliklə görüşdən sonra onların bizə inandığını gördüm. Buna görə də getmək fikrimdən daşındım.

 

- Az öncə rəhbərliklə söhbətimiz oldu. Ayxan Abbasovun təkliflərinə uyğun islahatlar aparacaqlarını dedilər...

- Nəticə lazımdısa, addımlar atılmalıdı. A, B və C planları var. (Korner.az)

Xəbər xətti