Vaqif Cavadovla yeni müqavilə imzalandı

18:35 - 22 May 2018

"Keşlə" ilə mövsümün sonunda müqaviləsi başa çatacaq Vaqif Cavadov gələcək karyerası ilə bağlı qərar verib.

 

Sportal.az-ın məlumatına görə, qışda "Keşlə"nin sıralarına qoşulan və heyətdə möhkəmlənən Cavadov paytaxt klubunda qalacaq. O, ölkə kubokunun finalından sonra klubla müqaviləsini 1 il müddətinə uzadacaq.

 

28 yaşlı yarımmüdafiəçi cari mövsüm 11 oyuna 3 qol vurub.

Xəbər xətti