Samir Əliyevin "Səbail"dən ayrılmasının SƏBƏBİ

11:48 - 23 May 2018

"Səbail" ötən gün baş məşqçisi Samir Əliyevlə yolları ayırıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, ayrılığa səbəb klubla mütəxəssisin fikirlərinin üst-üstə düşməməsi olub. 38 yaşlı çalışdırıcı yeni mövsüm istədiyi komanda qurmaq üçün büdcənin artırılmasını tələb edib. Lakin rəhbərlik büdcənin artırılmasının mümkün olmayacağını bildirib. Uzun çəkən müzakirələrdən sonra 38 yaşlı mütəxəssis baş məşqçi postundan getmək qərarı verib. Lakin paytaxt təmsilçisi gənc çalışdırıcı ilə yolları birdəfəlik ayırmaq istəmədiyi üçün ona klubda yeni iş təklif edib. Samir Əliyev isə hələ bu təklifi dəyərləndirməyib.

 

Qeyd edək ki, "Səbail" debüt mövsümündə Premyer Liqada 28 tura 23 xal toplayaraq 7-ci pilləni tutub.

Xəbər xətti