Yoldaşlıq görüşü Rəhim Həsənova həvalə olundu

20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Makedoniya millilərinin yoxlama oyununun hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Bakıda keçiriləcək matçı Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Mübahiz Haşımov və Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını Nail Nağıyev yerinə yetirəcək.

 

Qeyd edək ki,  “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya görüşü bu gün saat 19:00-da başlayacaq.

Tarix: 24 May [12:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio