Kapitan "Şaxtyor"u tərk etdi

17:59 - 24 May 2018

“Şaxtyor”un kapitanı Dario Srna komandadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Xorvatiya millisinin sabiq üzvü karyerasını başa vurmadığını və bir neçə il oynamaq istədiyini deyib. 36 yaşlı müdafiəçinin Yunanıstan təmsilçisi PAOK-la anlaşdığı iddiaları yayılıb.

 

2003-cü ildən “Şaxtyor”da çıxış edən Srna 10 dəfə Ukrayna çempionu, 8 dəfə ölkə kuboku və Super kubokunu, 1 dəfə isə UEFA kubokunu qazanıb.

Xəbər xətti