İbrahim Şehiç: "Narahat deyiləm, yaxşı təkliflər almışam"

00:00 - 25 May 2018

2013-cü ildən "Qarabağ"da çıxış edən İbrahim Şehiç "atlılar"la müqavilə müddətini uzatmayıb və komandadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Bosniya və Herseqovina yığmasının qolkiperi Ağdam klubundan ayrılmasına narahat deyil: "Mən narahat deyiləm. Bəzi yaxşı təkliflər almışam, buna görə narahat olmayın".

 

29 yaşlı Şehiç 2013-cü ildə Türkiyənin "Mersin İdman Yurdu" klubundan "Qarabağ"a keçmişdi.

Xəbər xətti