"Keşlə"nin "düşünən beyni" gedir

12:07 - 25 May 2018

Topaz Premyer Liqasında cari mövsümün qış fasiləsindən sonra ən uğurlu komandalarından biri də "Keşlə" oldu. Paytaxt klubu ölkə kubokunun finalına da vəsiqə qazanıb. Komandaya qış transfer pəncərəsində qoşulan Sezar Meza Kolli "Keşlə"nin əsas fiqurudur.

 

Sportal.az-ın məlumatına görə, paraqvaylı yarımmüdafiəçinin müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Komandanın liderlərindən olan futbolçunu klub rəhbərliyi heyətdə saxlamaq niyyətində olsa da, yarımmüdafiəçi aldığı ciddi təkliflərdən sonra komandadan ayrılmaq qərarı verib. "Keşlə" Meza Kollinin fikrini ölkə kubokunu qazanmaqla dəyişə bilər.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu cari mövsümdə 13 oyuna 2 qol vurub. O, ölkəmizdə "Keşlə" ilə yanaşı, "Zirə"nin də formasını geyinib. 

 

Əlavə edək ki, Sezar Meza Kolli Sportal.az saytının versiyasına görə, mövsümün simvolik heyətinə daxil edilib.

Xəbər xətti