"Qəbələ", "Neftçi" və "Keşlə"nin potensial rəqibləri bəlli oldu SİYAHI

14:14 - 3 İyun 2018

Avropa Liqasının ilkin və I təsnifat mərhələlərində çıxış edəcək komandalar bəlli olub.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı təmsil edən "Neftçi", "Qəbələ" və "Keşlə" yarışa I təsnifat mərhələsindən başlayacağı dəqiqləşib. Bu mərhələlərdə 101 komanda mübarizə aparacaq.

 

İlkin təsnifat mərhələsində 7 cütün qalibi I təsnifat mərhələsinə yüksələcək.

 

Təmsilçilərimizin rəqibləri iyunun 19-da bəlli olacaq. Püşkatmada hər 3 komandamız səpələnmişlər səbətində qərarlaşacaq və nisbətən zəif rəqiblərlə düşəcək.

 

Avropa Liqası

İlkin mərhələ:

 

Səpələnmişlər: “Birkirkara” (Malta), “Trakai” (Litva), “Europa” (Cəbəllütariq), B-36 (Farer adaları), “Folqor” (San-Marino), “Bala Taun” (Uels), “Qzira Yunayted” (Malta)

 

Səpələnməmişlər: “Cefn Drids” (Uels), “Sent Culiya” (Andorra), “Klaksvik” (Farer adaları), “Enqordani” (Andorra), “Priştina” (Kosovo), “Tre Fiori” (San-Marino), “Sent Cozefs” (Cəbəllütariq)

 

I təsnifat mərhələsi

 

Səpələnmişlər: “Kopenhagen” (Danimarka), “Maribor” (Sloveniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “Molde” (Norveç), “Apollon” (Kipr), “Dinamo” (Minsk, Belarus), “Lex” (Polşa), “Hafnarfyordur” (İslandiya), “Dandalk” (İrlandiya), “Jalgiris” (Litva), “Qəbələ” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Norşellann” (Danimarka), “Vardar” (Makedoniya), “Trençin” (Slovakiya), “Slovan” (Slovakiya), “Beytar” (İsrail), “Anortosis” (Kipr), “Dinamo” (Tiflis, Gürcüstan), “Vitorul” (Rumıniya), “Qurnik” (Polşa), “Nomme Kalyu” (Estoniya), AİK (İsveç), “Haken” (İsveç), “Levski” (Bolqarıstan), MOİK (Bolqarıstan), “Slaviya” (Bolqarıstan), “Neftçi” (Azərbaycan), “Keşlə” (Azərbaycan), “Radniçki” (Serbiya), “Spartak” (Serbiya), “Ventspils” (Latviya), “Şaxtyor” (Belarus), “Reyncers” (Şotlandiya), “Hibernian” (Şotlandiya), “Tobol” (Qazaxıstan), “İrtış” (Qazaxıstan), “Kayrat” (Qazaxıstan), “Fola” (Lüksemburq), “Sarpsborq” (İsveç), “Rabotniçki” (Makedoniya), “Sarayevo” (Bosniya və Herseqovina), “Domjale” (Sloveniya), “Mladost” (Monteneqro), “Jelezniçar” (Bosniya və Herseqovina), “Rudar” (Sloveniya)

 

Səpələnməmişlər: “Levadiya” (Estoniya), “Vadus” (Lixtenşteyn), “Milsami” (Moldova), “Styarnan” (İslandiya), “Ferensvaroş” (Macarıstan), “Kliftonvill” (Şimali İrlandiya), “Dunayska Ştreda” (Slovakiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Buduçnost” (Monteneqro), “Pünik” (Ermənistan), “Partizani” (Albaniya), “Çixura” (Gürcüstan), “Zarya” (Beltsı), “Petrokub” (Moldova), “Luftetari” (Albaniya), “Laçi” (Albaniya), “Vestmannaeyar” (İslandiya), “Uypeşt” (Macarıstan), “Honved” (Macarıstan), “Şkupi” (Makedoniya), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “KuPS” (Finlandiya), “Lahti” (Finlandiya), “Derri Siti” (İrlandiya), “Şemrok Rovers” (İrlandiya), “Samtredia” (Gürcüstan), “Riqa” (Latviya), “Trans” (Estoniya), “Stumbras” (Litva), “Qrbali” (Monteneqro), “Qandzasar” (Ermənistan), “Banants” (Ermənistan), “Baltsan” (Malta), “Proqres” (Lüksemburq), “Union” (Lüksemburq), “Qlenavon” (Şimali İrlandiya), “Kolreyn” (Şimali İrlandiya), “Runavik” (Farer adaları), “Konnak” (Uels) və ilkin mərhələnin 7 qalibi.

Xəbər xətti