La Liqa klubunda yeni baş məşqçi

15:00 - 3 İyun 2018

İspaniya La Liqasında mübarizə aparan “Espanyol”un yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, kataloniyalıların "sükanı arxası"na Xuan Fransesk Ferrer Siciliya keçib. Rubi ləqəbli mütəxəssislə 2 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, son olaraq “Hueska”nı çalışdıran 47 yaşlı baş məşqçi komandanı La Liqaya yüksəltməyi bacarıb.

Xəbər xətti