Vüqar Əsgərovun komandası ilk məğlubiyyətlə üzləşdi

15:34 - 3 İyun 2018

Latviya I Liqasında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Skonto Akademiya” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:5.

 

Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Vurduğu 7 qolla komandasının bombardiri olan Əsgərov ötən tur olduğu kimi, bu dəfə də rəqib qapısına yol tapa bilməyib. Hansı ki, onun komandası ilk xal itkisi ilə də məhz ötən tur qarşılaşmışdı.

 

“Dauqavpils” 7 turdan sonra 16 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər xətti