Ronaldo "Real"dan niyə ayrılmaq istəyir?

Madrid "Real"ında Kriştiano Ronaldo tapmacası davam edir.  Çempionlar Liqasının finalında "Liverpul"a qalib gəldikləri oyundan sonra portuqaliyalı ulduz ayrılıq siqnalları vermişdi. 

 

Sportal.az xəbər verir ki, "Marca" qəzeti maraqlı iddia ortaya atıb. Məlumata görə, Ronaldo ÇL-in finalından bir həftə öncə komanda yoldaşlarına klubdan ayrılacağını bildirib. Ronaldo "kral klubu"nda daha çox maaş qazanmaqla "Barselona"da çıxış edən Lionel Messi ilə eyni əmək haqqı almaq istəyir (45 milyon avro).

 

Ötən həftə Fransa mətbuatı PSJ-nin illik 45 milyon avroluq maaşı ödəməyə hazır olduğu haqda dedi-qodular yayılmışdı. 33 yaşlı hücumçunun keçmiş komandası "Mançester Yunayted"ə də geri dönəcəyi ehtimallar arasındadır.

Tarix: 3 İyun [16:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2018
21  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio