Əfran İsmayılov Super Liqa klubuna keçir? - "İlk seçimim legioner həyatı yaşamaqdır"

14:14 - 5 İyun 2018

"Danışıqlar gedir. Heç bir klublar razılığa gəlməmişəm. Çünki real bir təklif yoxdur. Hansısa klubla anlaşmamışam".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"dan ayrılan Əfran İsmayılov söyləyib. 29 yaşlı yarımmüdafiəçi adının Türkiyə Super Liqa klubları ilə hallanmasına münasibət bildirib:

 

"Söz-söhbətlər çoxdur, amma razılıq əldə etiyim klub yoxdur. Komandaların adını açıqlamaq istəmirəm. Real olmayan şeylərdən danışmaq istəməzdim".

 

İsmayılov legioner həyatı yaşamaq istədiyini sözlərinə əlavə edib:

 

"Bu həftənin axırına kimi klubum bəlli ola bilər. Razılaşsam, müqavilə bağlayacam. Müqavilədə çox xırdalıqlar var. Razılaşmasam, Azərbaycan klublarının birinə transfer olacam. İlk seçimim legioner həyatı yaşamaqdır".

Xəbər xətti