İspaniya klubu "Qarabağ"ın futbolçusu ilə danışıqlara başladı

10:16 - 6 İyun 2018

"Qarabağ"la müqaviləsi başa çatan Dani Kintana klubdan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçiyə İspaniyanın Sequdasından təklif var. La Liqanı tərk edən "Las Palmas" yenidən elitaya yüksəlmək üçün iddialı komanda qurmaq istəyir. Bu səbəbdən də komandanın baş məşqçisi Manolo Ximenes Kintananın transferini rəhbərlikdən tələb edib. İspaniya mətbuatının məlumatına görə, tərəflər arasında danışıqlar start götürüb.

 

Qeyd edək ki, Dani 2015-ci ildən "Qarabağ"da çıxış edir. İspaniyalı futbolçu başa çatan mövsümdə bütün turnirlər daxil olmaqla 28 oyuna 5 qol vurub.

Xəbər xətti