“Neftçi”nin yeni baş məşqçisi azarkeşlərə müraciət etdi VİDEO

13:26 - 8 İyun 2018

“Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin azarkeşlərə müraciət edib.

 

Sportal.az klubun "YouTube" kanalına istinadən xəbər verir ki, 53 yaşlı italiyalı mütəxəssis fanatlara səslənib: "Salam, əziz "Neftçi" azarkeşləri! Mən komandanın yeni baş məşqçisi Roberto Bordinəm. Əminəm ki, sizin dəstəyinizlə böyük uğurlara imza atacağıq. Forza Neftçi!"

 

Qeyd edək ki, bu gün saat 16:00-da Bakı Olimpiya Stadionunda Roberto Bordinlə klub rəhbərliyi arasında rəsmi müqavilənin imzalanma mərasimi və bununla bağlı mətbuat konfransı keçiriləcək.

 

 

 

Xəbər xətti