Kamran Quliyev: "Bordini çətin yol gözləyir"

16:31 - 8 İyun 2018

“Yeni baş məşqçimiz Roberto Bordindi. Uğurlar arzu edirik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin prezidenti Kamran Quliyev deyib. Klub rəsmisi italiyalı məşqçi Roberto Bordinin baş məşqçi təyin olunmasından danışıb:

 

“Onu çətin yol gözləyir. Bizə futbol ölkəsindən, İtaliyadan gəlib. İtaliyalı məşqçilər özlərini işlədikləri yerdə göstərə biliblər. Biz son bir neçə gün ərzində bu işlə məşğul olduq, təklif olunan məşqçilərlə danışıq apardıq və Bordinlə danışıqları yekunlaşdırdıq.  Məşqçimizlə iki illik müqavilə imzalamışıq. İnanırıq ki, qazandıqları uğurları “Neftçi”də də davam etdirə biləcək. Bordin “Neftçi”də işləyən ilk italiyalıdı. İlklər həmişə uğurlu olur. İnanırıq ki, yeni baş məşqçinin rəhbərliyi altından daha yaxşı “Neftçi” görəcəyik”.

Xəbər xətti