Əfran İsmayılov yeni klubunun adını açıqladı

17:44 - 8 İyun 2018

"Qarabağ"dan ayrılan Əfran İsmayılovun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü karyerasını Azərbaycan Premyer Liqasında davam etdirəcək. Belə ki, 29 yaşlı cinah yarımmüdafiəçisi "Sumqayıt"la razılıq əldə edib. Bu barədə İsmayılov özü saytımıza məlumat verib:

 

"Karyeramı Azərbaycanda davam etdirəcəm. "Sumqayıt"la razılığa gəldim. Ailə səbəblərinə görə Türkiyəyə getməməyə qərar verdim".

Xəbər xətti