"Neftçi"nin yeni transferi: "Hədəfim əsas heyətdəki yerimi möhkəmlətməkdi"

“Neftçi”nin yeni transferi Tural Axundov paytaxt klubuna keçidi ilə bağlı ilk fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, klub televiziyasına açıqlamasında bunları söyləyib:

 

“Əlbəttə, “Neftçi”yə gəlmək hər bir futbolçunun arzusudu. Çox şad oldum ki, mən də “Neftçi” ailəsinə qoşuldum. Bu kluba gəldiyim üçün çox xoşbəxtəm. “Neftçi” fanatları bəlkə də Azərbaycanın bir nömrəli azarkeşləridi. Qarşıda bizi Avroliqa oyunları gözləyir. Çalışacam ki, komandada öz yerimi möhkəmləndirim və sabit oyun göstərim. Məncə, bu, alınacaq. Çünki qarşıma məqsəd qoymuşamsa, bu kluba gəlmişəmsə, deməli, yaxşı olacaq”.

 

 

 

Tarix: 11 İyun [19:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio