Renat Dadaşovun Portuqaliya klubu ilə müqaviləsinin şərtləri açıqlandı

13:34 - 12 İyun 2018

Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun Portuqaliyanın “Eştoril” klubu ilə imzaladığı müqavilənin detalları açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, 19 yaşlı hücumçu Portuqaliya ikinci liqasında çıxış edən klubla iki illik müqavilə imzalayıb. “Eştoril”in bu transferə görə Almaniyanın “Ayntraxt” klubuna ödəyəcəyi məbləğ açıqlanmayıb.

 

Qeyd edək ki, Renat Dadaşov Almaniyanın “Ayntarxt” klubundan intizamsızlığa görə uzaqlaşdırılıb.  

Xəbər xətti