"Qəbələ"nin sabiq futbolçusu Mərakeş klubunda

10:05 - 13 İyun 2018

"Keşlə" və "Qəbələ"nin sabiq futbolçusu Baye İbrahima Niassenin yeni klubu müəyyənləşib.

  

Sportal.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi Mərakeş çempionatında oynayacaq. Niasse "Raja Kasablanka" klubu ilə 2 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, İbrahima Niasse 2012/13-cü illərdə "İnter"in 2013/2014-cü illər mövsümündə "Qəbələ"nin şərəfini qoruyub.

Xəbər xətti