Rüfət Dadaşov yeni komandasına qoşuldu

17:08 - 16 İyun 2018

Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşov yeni klubu "Proyssen"ə qoşulub.

 

Sportal.az xəbər verir ki, IV Liqa təmsilçisi yeni transferlərini ictimaiyyətə təqdim edib. Dadaşov artıq "Proyssen"də məşqlərə başlayıb.

 

Qeyd edək ki, Rüfət son olaraq Regional Liqada Verlin "Dinamo"sunun formasını geyinirdi.

Xəbər xətti