İtaliya klubu "Qarabağ"dan 80 min avro istəyir

"Qarabağ"ın "Çezena"nın futbolçusu Kərim Laribini transfer etmək istədiyi haqda xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, klub futbolçusunu havayı buraxmaq fikrində deyil.

 

Bildirilir ki, "Çezena" Tunis millisinin üzvü üçün 80 min avro tələb edir. Futbolçunun meneceri isə açıqlamasında müqaviləyə əsasən, Laribi yalnız digər italyan klubuna keçəcəyi halda bu məbləğin ödənməsinə ehtiyac olduğunu bildirib.

 

Qeyd edək ki, Laribi 2017-ci ildən "Çezena"da çıxış edir.

Tarix: 18 İyun [16:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2018
22  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio