Dario Federiko: "Neftçi"nin uğurları üçün əlimdən gələni edəcəm"

18:15 - 18 İyun 2018

"Kəpəz"dən ayrılaraq "Neftçi"yə transfer olan Dario Federiko jurnalistlərə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu "ağ-qaralar"a keçidi haqda danışıb: "Çempionatın sonlarına yaxın “Neftçi”nin mənimlə maraqlandığı haqda məlumat aldım. Daha sonra danışıqlar apardıq və razılığa gəldik".

 

Braziliyalı hücumçu "Neftçi"də əlindən gələni edəcəyini deyib: "Komandadan asılı olmayaraq, çalışmışam ki, maksimum oyun nümayiş etdirim. “Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəm. “Neftçi” iddialı komandadır. Hədəf həmişə titular olub. Bu mövsüm daha da iddialıyıq. Çalışacağıq ki çempionluğa oynayaq".

Xəbər xətti