İsveç - Cənubi Koreya matçının ən yaxşı müəyyənləşdi

18:21 - 18 İyun 2018

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən İsveç - Cənubi Koreya matçının ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı İsveç yığmasının kapitanı Andreas Qrankvist seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, İsveç yığması bu oyunda 1:0 hesabıyla qalib gəlib. Komandasının yeganə qolunu da məhz Rusiyanın “Krasnodar” klubunda çıxış edən Qrankvist vurub.

Xəbər xətti